27 Fevral 2024
Müsahibə

FİFA referisindən səmimi etiraf: “Bilmədən “Qarabağ”a haqsızlıq etdim” (MÜSAHİBƏ + İkinci hissə)

FİFA referisi Əliyar Ağayevin idmanxeber.com saytına verdiyi geniş müsahibəsinin ikinci hissəsini sizə təqdim edirik.

– Bitən mövsümdə ən kobud səhvin hansı
matçda olub və hansı komandaya qarşı?

Ən kobud səhvim “Qarabağ” –
“İnter” matçında olub. Həmin oyunda 
bir neçə kobud səhv etdim. “Qarabağ”ın lehinə penalti verməli
idim, amma vermədim. Bundan əlavə Brüs Abdulayeyə qırmızı vərəqə verməli idim.
Ancaq mən ona sarı kart verdim. Həmin matçda “Qarabağ”a bilmədən
haqsızlıq etdim.

– Güvənç Kurtar deyərdi ki, “Ramil
Diniyevin lisenziyasını cırıb tullamaq lazımdı”, Böyükağa Hacıyev deyərdi
ki, “Rəhim Həsənov kart görəndə ata-anasını görür” və s… Bu kimi digər
sözlər hələ ki, sənə deyilməyib. Qorxmursan ki, məşqçilərdən kimsə kobud səhv
etdiyində bu cür sözlər işlədəcəklər?

Mən hesab edirəm ki, baş məşqçilər çox vaxt
haqsız olur. Sonradan təkrar epizoda baxıb, səhvlərini başa düşürlər. Ancaq
çalışıram ki, kobud səhv edib, bu cür sözlər eşitməyim. Bütün dünyada hakimlikdən
narazı qalırlar. Bu normal haldı.

– Mövsümdə elə bir hal olubmu ki, həmin
epizoda xeyli gülmüsən? Və ya çaş-baş qalmısan?

Kubokun finalında ejtiyat hakim mənə dedi
ki, Syominə xəbərdarlıq elə. Mən də çaşdım həmin an… Çünki mən ondan özümə
qarşı hər hansı artıq hərəkət görmədim. Ancaq sonradan bildim ki, o, öz
oyunçularına əsəbləşib və stadionun az qala içinə girə. Mən on yaxınlaşanda
Syomin “oldu” deyib, öz yerinə qayıtdı. Çox olub belə şeylər, sadəcə
yadıma sala bilmirəm.

– Bugünkü gün üçün Azərbaycanda ən yaxşı 2-3
hakimdən birisən. İnanırdınmı bu həddə gəlib çatacağına?

Açığı mən belə təriflərdən qaçıram. Yaxşı
oyun idarə etdiyimi kimlərsə yazanda çalışıram oxumayım. Çünki qorxuram ki, məşhurluq
məni “yandırar”. Çox vaxt tərif olanda çalışıram oxumayım. Düzdü, mənim
adıma yaxşı haldı. Ancaq məşhurluğun məni azdırmasından çox qorxuram. 

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43