FİFA təlimatçısı Aleksey Spirin azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iştirak edəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Məmmədov bildirib ki, FİFA təlimatçısı yanvarın 21-dən 26-dək hakimlərimizin hazırlığını müşahidə edib, məsləhətlərini verəcək.