24 Noyabr 2024
Ölkə futbolu

Filip Ozobiç: “Təəssüf ki, şans bizdən üz çevirdi”

“Neftçi”nin futbolçusu Filip Ozobiçin “Beşiktaş” oyunu sonrası idmanxeber.az saytına müsahibəsi

-“Neftçi” ikinci hissədə daha yaxşı oynadı. İlk yarıda belə çıxış etmək üçün nə çatmırdı?

Biz bilirdik ki, “Beşiktaş” kimi güclü komandaya qarşı oynayırıq. Onların səviyyəsi daha yüksəkdir. İlk hissədə ardıcıl qollar buraxdıq. Fasilədən sonra geridönüş etmək istəsək də, təəssüf ki, şans bizdən üz çevirdi.

-Eminin dirəyə tuş gələn topunda hansı hisslər keçirdin?

Çox gözəl zərbə idi. Təəssüf ki, qol olmadı. Bəlkə də oyunun dönüş nöqtəsi ola bilərdi.

-Cavab qarşılaşması haqda nə düşünürsən?

Hansı komanda ilə oynadığımızı yaxşı bilirik. Əsası odur rəqibdən çəkinməyəsən, yaxşı oyun göstərəsən və ancaq bundan sonra nəyəsə ümid etmək olar.

-“Qarabağ”dan “Neftçi”yə keçmisən. Azarkeşlərin buna münasibəti bir mənalı olmadı. Bu barədə nə düşünürsən?

Hər şey qaydasındadır. Bu futboldur, həyatdır. 5 il “Qarabağ”ın uğurları üçün çalışmışam. Reaksiyanın belə olacağı gözlənilən idi. Bu komandaya gəlmişəm ki, “Neftçi” layiq olduğu yerə qayıtsın.

-Filip ilk hissədə oynamamağının səbəbi nə idi? Sanki Fərid zəif təsir bağışladı…

Xeyr, elə düşünmürəm. Onlar gəncdirlər. Belə oyunlarda çıxış edə-edə futbolçular böyüyür. Baş məşqçi onu layiq görmüşdü, o da oynadı.

Xəyal Hüseynov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43