Bu gün son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, “Finalissima” adı verilən görüş İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçı Çilidən olan FIFA referisi Pyero Masa idarə edəcək.
Qarşılşamada əlavə vaxt oynanılmayacaq. Əsas vaxtda qalib müəyyənləşməsə, birbaşa penaltilər seriyasına keçiləcək.
Qeyd edək ki, bu oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək müddəti nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.
Finalissima
1 iyun
22:45. İtaliya – Argentina
Baş hakim: Pyero Masa (Çili)
London, “Uembli” stadionu