28 Noyabr 2024
Ölkə futbolu

“Final matçı ilə bağlı nəsə demək çətindir” – Rəşad Sadıqov

“Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, “Qarabağ”la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçiriləcək ölkə kubokunun finalı öncəsi deyib. O, daha sonra belə davam edib:

“Final matçı ilə bağlı nəsə demək çətindir. “Qarabağ”la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək.

Həm finala yüksəlməyimiz, həm də Premyer Liqada ikinci yeri tutmağımız “Zirə” üçün bəlkə də tarixin ən yaxşı göstəricisidir. Final görüşündə nə olacağını isə zaman göstərəcək”.

Azərbaycan Kubokunun final matçı iyunun 2-də, saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43