07 Noyabr 2024
Kateqoriyasız

“Finala 30 min əcnəbi gələcək” – Azad Rəhimov

“Bakı Avropa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə danışarkən deyib.

Nazir UEFA rəsmilərinin matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunu təftiş etdiklərini və 5 ballıq şkala ilə 4,5 bal qiymət verdiklərini bildirib: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.

Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43