Dünya futbolu

“Fiorentina” Amrabat üçün narahatdır

Sofyan Amrabat ötən ilin yayında “Fiorentina”dan icarə əsasında “Mançester Yunayted”ə keçib.

İdmanxeber.az-ın məlumatına görə, Florensiya klubu mərakeşli yarımmüdafiəçi üçün narahatdır. İtaliya klubu “qırmızı şeytanlar”da yetəri qədər oynaya bilməyən oyunçunun qiymətinin aşağı düşəcəyəni düşünür.

”Mankunianlar” 27 yaşlı oyunçunu birdəfəlik almağı düşünmür.

Amrabat bu mövsüm MY-da 21 oyuna çıxıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43