08 Sentyabr 2024
Ölkə futbolu

Fırat Aydınus Hakimlər Komitəsinə sədr gəlir? – özü açıqladı

Barış Şimşəyin Hakimlər Komitəsinin sədrliyindən ayrılmasının ardından AFFA bu posta axtarışlarını davam etdirir. Bu müddətdə mətbuatda və sosial şəbəkələrdə müxtəlif adlar ön plana çıxır.

Bir müddət öncə türkiyəli sabiq FİFA referisi Fırat Aydınusun da həmin vəzifəyə namizədlər sırasında olduğu bildirilirdi.

51 yaşlı mütəxəssis söylənlənlə bağlı İdmanxeber.az saytına qısa açıqlama verdi:

“AFFA-dan mənə hər hansı bir təklif gəlməyib. Ümumiyyətlə, hazırda belə bir vəzifədə çalışmağı düşünmürəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43