07 Dekabr 2024
Ölkə futbolu

“Fırtınalar meydanı”nda 75 dəqiqəlik məşq

Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 19-da “Bakı” klubu ilə “Fırtınalar meydanı”nda qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb.

Oktyabrın 16-da səhər saat 09:30-da Bakıdan cənub istiqamətində yola düşən komanda saat 14:15-də Lənkərana çatıb. Yol yorğunluğundan qurtulmaq üçün günorta yeməyindən sonra futbolçulara üç saat müddətində istirahət verilib.

Saat 18:00-da isə komanda stadionun əsas meydançasında məşqə çıxıb. Öncədən gözlənildiyi kimi futbolçuların çox yüklənməməsindən ötəri hazırlıq prossesi yüngül isinmə hərəkətləri ilə başlayıb və kvadratlarda qısa ötürmələrlə davam edib. Üç fərqli hədəfllərdən istifadə edilərək qurulan toplu çalışamlarla yekunlaşan məşq cəmi bir saat 15-dəqiqə sürüb.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43