Lənkəranda şaxtalı hava şəraiti hələ də davam edir.
İdmanxeber.com-un məlumatına görə, "Fırtınalar meydanı" qar altında qalıb. Hazırda stadionda gedən təmizlik işləri də dayandırılıb.
Sinoptiklər qarşıdakı iki gündə qar yağacağını ehtimal edir.
Qeyd edək ki, fevralın 9-da "Xəzər Lənkəran" bu meydanda əzəli rəqibi "Neftçi"ni qonaq edəcək.