“Neftçi” ölkə kubokunun finalından sonra istefa vermiş Güloğlan Cabbarovu geri qaytarır.
İdmanxeber.com-un etbiarlı mənbədən əldə etdiyi məlumata görə, sabiq klub rəmisi yenidən köhnə iş yerinə qayıdır. Bu qayıdışın konkret bir vaxtı yoxdu. Ancaq bunun bir neçə həftə və ya 2-3 ay çəkəcəyi də gözlənilir.
“Neftçi”nin sabi rəisinin geri dönüşünün əsas səbəbkarı isə klub prezidenti Sadıq Sadıqovdu. Belə ki, paytaxt klubunun başqanı Cabbarovu geri qaytarmağı hətta Superkubok matçından sonra düşünürdü. G.Cabbarov “Neftçi”dəki köhnə-təzə işi hüquq məsləhətçisi olacaq.
G.Cabbarovun qayıdışı tezliklə gözlənilir.
Qeyd edək ki, ölkə kubokunun “Xəzər Lənkəran” – “Neftçi” finalında baş vermiş məlum olaylardan sonra Cabbarov istefa vermişdi.