“Neftçi”nin “Forza” azad azarkeş qrupu fəaliyyətini dayandırıb.
İdmanxeber.com-a qrupdan daxil olan xəbərdə bildirilir ki, “Forza” məlum olmayan səbəblərə görə fəaliyyətinə son qoyub.
Beləliklə, paytaxt klubunun ən böyük azad azarkeş qrupu bundan sonra “Neftçi”nin oyunlarına gəlməyəcək.
Qeyd edək ki, “Neftçi”nin “Partizan”la Avroliqanın pley-off matçı öncəsi baş vermiş məlum hadisədən sonra “Forza”nın bir neçə fəal üzvü həbs olunmuşdu.