28 Fevral 2024
Dünyadan

FLAŞ! Türkiyə millisinin futbolçusu “Bavariya”ya transfer olunur

“Hamburq”un türkiyəli futbolçusu Hakan Çalhanoğlu karyerasını “Bavariya”da davamç etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubu türk futbolçunu transfer etməyə yaxındır. Bununla bağlı yaxın zamanlarda rəsmi açıqlama verilməsi də gözlənilir. 

“Bild”in xəbərinə görə, hətta “Bavariya”nın idman direktoru Mattias Zammer Türkiyə millisinin 20 yaşlı futbolçusunu hələ “Karlşruher”də oynadığı vaxtlardan izləyir.

Maliyyə problemləri içərisində var-gəl edən “Hamburq”un Hakanıyüksək məbləğ qarşılığında onu “Bavariya”ya satacağı bildirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43