23 Dekabr 2024
Kateqoriyasız

Floresku “Qəbələ”də 182-ci oldu

George Floresku “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında debüt edib.

İdmanxeber.com-un məlumatına görə. 31 yaşlı yarımmüdafiəçi XIII turda “Sumqayıt”la səfər matçında start heyətində meydana çıxıb. Floresku bunadək “qırmızı-qara” formada Avropa Liqasında təsnifat mərhələsinin 3 matçında, habelə, əvəzedici heyətdə oyunlara çıxıb.

O, komandanın heyətində milli çempionatımızda çıxış edən 182-ci futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, yerlilər və legionerlərin sayında mütənasiblik eynidir – 91. “Qəbələ”də 2 futbolçu Premyer Liqada 100 oyun səddini keçə bilib. Bunlar legionerlər – braziliyalı kapitan Luis Hilario Dodoyla (122) seneqallı sabiq hücumçu Viktor Mendidir (112).

George komandanın 11 illik tarixində 7-ci rumıniyalı futbolçudur. Bu ölkədən ilk legioneryarımmüdafiəçi Marius Humenike olub. Ondan sonra müdafiəçilər Razvan Tarlea ilə Kristian Pulhak “qırmızı-qara” formada oynayıb. Ötən mövsüm isə müdafiəçi Aleksandr Benqa, yarımmüdafəçi Adrian Ropotan və hücumçu Andrey Kristea “Qəbələ”də çıxış edib. Onları gətirən baş məşqçi Dorinel Muntyanu isə klubun tarixində ilk və yeganə rumıniyalı çalışdırıcıdır. (“Qəbələ İK” qəzeti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43