Ölkə futbolu

Foqts: “Hazırlıq prosesində əsasən …”

Bu gün “Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa həsr olunmuş mətbuat konfransı təşkil olunub. B.Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: 


“Malta yığması ilə oyun bizim üçün çox vacibdir. Futbolçuları iş başında görmək, onların beynəlxalq oyun təcrübəsinin yüksəlməsi baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Lüksemburq yığması ilə qarşılaşmada bir çox əlverişli epizodda qol vura bilmədik. Bu problemin aradan qaldırılması üzərində çalışacağıq. Hazırlıq prosesində əsasən cinahlardan təhlükəli hücumların qurulmasını diqqət mərkəzində saxlayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43