Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Mahir Şükürovu Lənkərandakı tərbiyəsiz jestinə görə, milliyə çağırmadığını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, almaniyalı mütəxəssi bununla bağlı bunları deyib:
“Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədir”.