Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Zaltsburq" oyununu və UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah keçiriləcək "Neftçi" – "Çixura" qarşılaşmasını izləyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.