İdman

“Formula 1” üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

Yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış “İdman TV”də göstərilirdisə, cari mövsümdən heç bir telekanal “Formula 1″i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanallarında nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda “Formula 1″i kabel televiziyasındakı kanallar vasitəsilə də izləmək mümkünsüzləşib.

Rövşən Binnətli

“İdman TV”nin direktoru Rövşən Binnətli “Report”a açıqlamasında cari mövsümün yayımlarını hələ gerçəkləşdirə bilmədiklərini etiraf edib: “Hazırda əlaqədar qurumların hamısı ilə danışıqlar davam etdiyindən, dəqiq bir söz deyə bilməyəcəyəm. Ancaq bu istiqamətdə ciddi işlər görülür. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək. Mövsümün növbəti mərhələlərini, o cümlədən, Azərbaycan Qran-prisini yayımlamaq üçün müvafiq işlər görürük. Yaxın zamanlarda hər şey dəqiq bilinəcək”.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 – 12 iyunda gerçəkləşəcək.

REPORT


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Cavid Hüseynov azadlığa buraxılıb – SON DƏQİQƏ

admin

Buffon İtaliya millisinə qayıdır

admin

“Neftçi”də əlamətdar gün

admin