06 Dekabr 2022
Kateqoriyasız

“Forza Neftçi”dən Samir Abasova: “…narahat görünməyiniz göz önündədir”

“Forza Neftçi” fan-klubu Premyer Liqanın 26-cı turunda “Qəbələ” (0:1) ilə oyundan sonra azarkeşlərin ünvanına tənqidi ifadələr işlədən “Neftçi”nin baş məşqçisi Samir Abasovun fikirləri ilə bağlı bəyanat yayıb.

İdmanxeber.az xəbər verir ki, paytaxt klubunun fanatları sosial şəbəkədəki paylaşımla 44 yaşlı mütəxəssisin bu addımını qeyri-peşəkarlıq adlandırıb. Bəyanatda deyilir:

“Əziz Samir Abasov, bundan öncəki yazılarımızda da sizin müsahibələr zamanı peşəkar futbol klubunun baş məşqçisinə xas olmayacaq dərəcədə qeyri-peşəkar ifadələr işlətməyiniz barədə məlumat vermişdik. Sadəcə, gündəmdə qalmaq istədiyinizi nəzərə alaraq bir daha fikirlərinizə cavab vermək istəyirik.

  1. 30 oktyabr 2021-ci il: “Qarabağ”la matçdakı biabırçı nəticədən (0:4) sonra verdiyiniz müsahibədə azarkeşlərin təkidi ilə əvəzetmə etdiyinizi deyən də məhz sizsiniz. Bizim sözümüzlə nəyinsə dəyişə bildiyini məhz özünüz ifadə etmişdiniz.
  2. Deyəsən, 13 il ərzində sözümüzün kəsərinin necə olduğunu görməyən tək siz qalmısınız. Çox təəssüf ki, çempion olduğunuz mövsüm məlum səbəblərdən oyunlarda azarkeşlər iştirak etmirdi. Bəlkə, həmin zaman təzyiq görmədiyiniz üçün belə rahat idiniz. Çünki mövsümün əvvəlindən bəri narahat görünməyiniz göz önündədir.
  3. 12 fevral 2022-ci il: “Sabah”la kubok (3:1) qarşılaşmasında bizdən tamamilə asılı olmayan səbəblərdən baş vermiş hadisə nəticəsində matçın sonunda “2 ay sonra mən sağ, siz salamat” ifadəsini işlədib, çıxıb getdiniz. Biz sizə bundan tam 7 ay öncə – noyabrda ərizə yazmağınızı məsləhət görmüşdük.
  4. Dünənki müsahibədə işlətdiyiniz sözlərə gəlincə, bizim mövqeyimizin nə olduğunu hamı bilir. Komandanın hər bir oyununda ölkə, region fərqi qoymadan, məsafə düşünmədən klubunun arxasında duran insanlara bu ifadəni işlətməyinizin nə qədər düzgün olduğunu düşünməyinizi istəyirik.
  5. 9 aprel 2018-ci il: Siz hələ “Sumqayıt”ın baş məşqçisi olan zaman matçın ardından oyunçularınızı məhz bizi alqışlatmaq üçün qarşımıza gətirmişdiniz. Çox yox, cəmi 4 il keçib. Bunu xatırlayıb, bundan sonrakı müsahibələrinizdə düzgün ifadələr işlətməyinizi tövsiyə edirik. Bizim mövqeyimiz bəllidir, sizə öz mövqeyinizi bəlli etməyi məsləhət görürük”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Keşlə”dən yeni transfer

admin

“Neftçi” səfərə qələbə ilə yollanır

admin

Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi

admin