08 Sentyabr 2024
Ölkə futbolu

“Forza”dan “İmarət”ə sərt cavab

"Neftçi"nin "Forza" tərəfdar qrupu  ötən gün "Qarabağ"ın  "İmarət" fan-klubunun sərt tənqidlərinə cavab verib: 

"Azərbaycanda  elə bir qrup və ya fan-klub yoxdur ki, "Neftçi"yə dil uzatmasın, amma "İmarət"in elədiyi sadəcə monitor müharibəsidir. Hələ bir neçə ay bundan öncə onların rəhbərlərindən biri olan Qabil mətbuatda  boş-boş danışaraq, guya "Neftçi" azarkeşləri Lənkərana içkili gedib, deyə xoşa gəlməz fikir demişdir. "Forza" da onun cavabını verdi, amma  üstündən bir neçə saat keçməmiş klub rəhbərliyi bizimlə əlaqə quraraq, bu, yazının silinməsini tələb elədi. Qabilin özü isə "Mən polis işçisiyəm sizi həbs edərəm"-deyə  vəzifəsindən istifadə edərək bizə hədə-qorxu gəlmişdi, amma dinmədik. Niyə? Çünki "İmarət" kimi bir fan-kluba cavab vermək, sadəcə olaraq uşağlıq olardı, amma bu "İmarət" dilini dinc qoymur. Bunlar ucuz qiymətə toya gedən müğənnilər kimi toysuzluqdan bezib,  pressada ona-buna ilişib, gündəmdə qalmaq istəyənlər kimi "Neftçi"yə ilişirlər. Sadəcə, utanc verici bir şeydir. "İmarət" kim olub və sən kimsən ki, "Neftçi" haqda bu cür  təhqiramiz söz deyəsən? Hər ay klubdan pul alıb, stadionda fakel yandırmaq, səs vermələrdə internet klublarda yatıb, 1000 səs toplayıb, amma stadionda 200 nəfər olmaqla  fanatlıq ölçülürsə, onda siz bizim tribunanın üz qarasısınız. Siz fanatsınızsa, onda fanatla  söz atışmasına girin, daha klubla yox. Biz indiyə kimi "Qarabağ" haqda heç bir kəlmə deməmişik, səbəb isə adı bizim yaralı yerimizdi, amma siz bundan istifadə edib, millətin boynunda oturmusunuz. Bunu bilin və onu da unutmayın ki,  "Qarabağ"ın "Şəfəq" fan klubu sizdən qat-qat  məntiqli və qanacaq sahibidir. Onlar bizim qardaşlarımızdı, Onlar olanda sizin bəlkə təməliniz qoyulmamışdır. "İmarət" rəhbərliyinə demək istərdik ki,  fanatla  rəqabətə girin, daha klubla yox. Necə ki, biz edirik". 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43