28 Yanvar 2025
Ölkə futbolu

Frank De Bleker “Qarabağ” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodu şərh etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyununda mübahisəli epizodla bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, sabiq referi həmin epizodu belə şərh edib:

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.

VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43