Frank Riberi Fransa millisindəki karyerasını bitirmək barədə verdiyi qərarı dəyişməyəcəyini söyləyib.
İdmanxeber.com-un məlumatına görə, Riberini Platininin fikirləri narahat etmir:
"Millidəki karyeramı bitirmək istədiyimi artıq demişəm. Baş məşqçi Didye Deşamla da razılığa gəlmişəm. Bütünlüklə diqqətimi "Bavariya"ya yönəltmək istəyirəm. Bu məsələni yenidən müzakirə etmək fikrində deyiləm.
Platininin dedikləri mövqeyimi dəyişdirə bilməz. Siyasi bəyanatlar məni narahat etmir".