Fransanın “Nant” klubu baş məşqçisi Antuan Kombuareni istefaya göndərib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik bu barədə yaxın saatlarda rəsmi açıqlama verəcək. “Nant” son 11 oyundur Fransa çempionatında qalib gələ bilmir.
Komanda Liqa 1-in turnir cədvəlində 17-ci yerdədir.
59 yaşlı mütəxəssis 2021-ci ilin fevralından “Nant”a rəhbərlik edir.