31 Yanvar 2025
Dünya futbolu

Fransa klubunda baş məşqçi ayrılığı

“Renn” komandanın baş məşqçisi Xorxe Sampaolini istefaya göndərmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Bu barədə tanınmış insayder Fabrizio Romano sosial şənəkə hesabından paylaşım edib.  Artıq qərarın verildiyi və yaxın vaxtlarda rəsmən açıqlanacağı iddia edilir.

Ötən il noyabrın əvvəlində “Renn” klubu 2023-cü ildən çalışdıran Stefan Julieni istefaya göndərib. Sampaolinin təyinatı noyabrın 12-də elan edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43