Fransanın “Nitsa” klubu Mərakeş xalqına dəstək olmaq üçün çempionatın 5-ci turunda PSJ-yə qarşı xüsusi forma ilə oynayacaqlarını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi meydana “Mərakeşə dəstək” loqolu köynəklə çıxacaq. Görüşün ardından satışa çıxarılacaq bu formaların gəlirləri Mərakeşdə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.
PSJ – “Nitsa” matçı sentyabrın 15-də baş tutacaq.
Sentyabrın 9-da səhər saatlarında Mərakeşdə 7,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 600-dən çox insan həlak olub, 400-ə yaxın insan yaralanıb.