Kateqoriyasız

Fransa klubunun prezidenti: “Bakı”nın bir-iki futbolçusu “Lans”da oynaya bilər”

Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Fransada səfərdə olan “Bakı”nın U-15 komandasının son məşqini izləyib.

Məşqdən sonra açıqlama verən Martel “Bakı”nın bir-iki futbolçusunun “Lans”da oynaya biləcəyini deyib:

“Hafiz Məmmədov ölkəsinin futbolu üçün gözəl təlim-məşq bazası yaradıb. O, hətta “Atletiko” (Madrid) və “Porto” klublarıyla da razılığa gəlib. Biz bir və ya iki gənc azərbaycanlı futbolçunun burada qalmasını təmin edəcəyik. “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç də gənc futbolçuların “Lans”da oynamasına böyük üstünlük verir. Təbii ki, bu belə də olmalıdır.

Düşünürəm ki, bu lahiyə iki ay sonra öz bəhrəsini verəcək. Sadəcə, hər şeyin qaydasına düşməsi üçün bir qədər vaxt lazımdır. “Lans”ın çempionata yaxşı başlaması da məni sevindirir. Hafiz Məmmədovun gəlişi komandaya dinamiklik və ruh yüksəkliyi verib. Bu da bizim sakit işləməyimizə şərait yaradıb. H.Məmmədov komandanın nəticələrini yaxından izləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43