Samir Nəsri və Frank Riberidən sonra Fransa millisinin daha bir üzvü Erik Abidal komandanı tərk etdiyini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu ayrılığını belə şərh edib:
“Mən millidəki karyeramı başa vururam. “DÇ-2014″də iştirak edib yığmadan getmək istəyirdim, ancaq olmadı. Əgər səhhətim oynamağıma imkan verməsəydi, mundialdan öncə karyeramı başa vurardım. Zədəm olmasa belə dünya çempionatına aparılmadım. Ona görə də bu ayrılığın zamanı olduğunu düşünürəm”