Fransa millisinin futbolçusu Lukas Ernandes karyerasını bitirmək istəyib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi dünya çempionatının Avstraliya ilə ilk tur oyununda zədələndikdən sonra bu niyyətdə olub. Ernandesi komanda yoldaşları və Qətərə yollanan anası fikrindən daşındırıb.
Qeyd edək ki, Lukas Ernandes karyerası ərzində 20-dən çox zədə alıb.