Fransa millisinin hücumçusu Olivye Jiru yığmanın tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard buna Avstriya ilə görüşdə nail olub. 90-cı dəqiqədə meydana çıxan oyunçu AÇ-də oynayan ən yaşlı (37 yaş 261 gün) futbolçu olub.
O, Bernar Lamanı (37 yaş 75 gün) qabaqlayıb.
Jiru həm də Fransa millisində ən çox qol vuran futbolçudur. Hazırda onun aktivində 56 qol var.