Ölkə futbolu

Fransa və İspaniya gənclərimizi gözləyir

“Bakı” futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına verdiyi açıqlamada geridə qalmaqda olan ilin yekunları barədə danışıb:

“Bakı” futbol klubunun İspaniyanın “Atletiko” Madrid və Fransanın “lans” klubları ilə imzaladığı əməkdaşlıq müqavilələri gənc azərbaycanlı futbolçular üçün böyük perspektivlər açır. Hazırda 5 futbolçumuz “Atletiko”da uzunmüddətli təlim keçir. Bununla bərabər 4 komandamız son aylar ərzində “Lans” və “Atletiko”nun düşərgəsində təıim-məşq toplantıları keçirib. Yeni ildə bu fəaliyyət davam edəcək və biz mümkün qədər çox komandamızın ölkə xaricində təlim keçməsini arzulayırıq. Bu tək bizim klubun futbolçularına aid deyil. “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov ölkəmizdəki ən perspektivli yeniyetmə oyuçuların siyahısını hazırlamaq tapşırığı verib. Klubumuzun prezidenti onların öz hesabına Fransa və İspaniyaya göndərilməsini təmin edəcək. Bu tək “Bakı” klubunun deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43