Fransa millisinin və “Arsenal”ın sabiq futbolçusu Tierri Anri futbol karyerasını rəsmən başa vurub.
İdmanxeber.com-un məlumatına görə, Anri bundan sonra “Sky Sports” kanalında futbol eksperti kimi fəaliyyət göstərəcək. “Monaco”, “Juventus”, “Arsenal”, “Barcelona”, “New York Red Bulls” klublarının və Fransa millisinin formasını geyən veteran futbolçu bu barədə rəsmi “facebook” səhifəsində məlumat yerləşdirib.