05 Fevral 2025
Dünya futbolu

Fransalı futbolçu “Çelsi” ilə müqavilə bağladı

“Çelsi” “Sent-Etyen”dən 19 yaşlı yarımmüdafiəçi Matis Amuqu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu ilə müqavilə 8 illikdir. Amuqu “Sent-Etyen”akademiyasının yetirməsidir. Yarımmüdafiəçi əsas komandanın tərkibində  19 matçda iştirak edib.

“Transfermarkt” futbolçunu 5 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43