Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxtın “İnter” komandası mövsümdə növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, Bank komandası Bolqarıstanın ÇSKA-sından (Sofiya) Omar Kossokonu rənglərinə bağlayıb. Artıq futbolçunun “bankirlər”ə keçidində hç bir problem qalmayıb və fransız hücumçu Sxadadzenin sərəncamında olacaq.
Qeyd edək ki, Kassoko “Amyen”, “Oser”, “Kristel Pelas” kimi klubların şərəfini qoruyub.