24 Noyabr 2024
Dünya futbolu

Fransanın baş məşqçisi: “Azərbaycan qrupda öz sözünü deyəcək”

21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripoll ölkə mətbuatına müsahibə verib.

47 yaşlı mütəxəssis AÇ-2019 seçmə mərhələdəki rəqiblərini dəyərləndirib:

“Qrupdakı ən ciddi rəqibimiz İsveçrədir. Düşünürəm ki, onlarla olan görüşlərimiz çox maraqlı olacaq. Ancaq digər rəqiblər də – Slovakiya, Gürcüstan, Azərbaycan və Lixtenşteyn də öz sözlərini deyəcək və uğur qazanmağa çalışacaqlar. Zəif rəqib yoxdur, hər biri özlüyündə bizə çətinlik yarada bilər”.

U-21 millimiz AÇ-2019-un seçmə mərhələsində Fransa ilə yanaşı, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə eyni qrupda yer alıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43