Kateqoriyasız

Fransanın məşhur klubu Azərbaycana gəlməkdən imtina etdi

III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Fransa təmsilçisi “Olimpik” Marsel turnirdə yer ala bilməyəcək. Bəzi texniki  səbəblərdən “Olimpik”in Azərbaycana gəlişi baş tutmayacaq. Yaxın günlərdə  fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43