Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması “Koper” – “Neftçi” görüşünün ikinci yarısında meydanda gərginlik yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, Flavinyoya qarşı kobud oynayan sloveniyalı futbolçuya hakim sarı vərəqə göstərməyincə ara qarışıb.
Paytaxt klubunda Böyükağa Hacıyevin köməkçisi Bəxtiyar Musayev fransalı hakimə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.