Kateqoriyasız

“Frayburq” Bakıya 3 itki ilə gəlir

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Frayburq” Bakıya 3 itki ilə gəlir.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya təmsilçisinin heyətində müdafiəçi Manuel Qulde və yarımmüdafiəçilər Merlin Röllə, Jonatan Şmid zədəli olduğu üçün Bakıya gəlməyəcək.

Bunu komandanın baş məşqçisi Kristian Ştrayx oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, noyabrın 3-də  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matç saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43