22 Sentyabr 2024
Dünya futbolu

Frenk Lempard İngiltərə klubuna baş məşqçi keçir

İngiltərəli mütəxəssis Frenk Lempard “Bernli”nin baş məşqçisi postuna iddialıdır.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi Vinsent Kompaninin “Bavariya”ya getməsindən sonra onun yerinə gənc çalışdırıcını düşünür.

45 yaşlı mütəxəssis “Çelsi”dən ayrıldıqdan – 2023-cü ilin iyunundan klubsuzdu. O, daha əvvəl “Everton” və “Derbi Kaunti”ni də çalışdırıb.

2023/24 mövsümündə Vinsent Kompaninin rəhbərliyi altında “Bernli” 24 xal toplayaraq Premyer Liqada 19-cu yeri tutub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43