08 Sentyabr 2024
İdman

Furkan Korkmaz klubsuz qaldı

“Filadelfiya 76-ers” Furkan Korkmazı Baddi Hild treydində “İndiana Peysers”ə göndərib.

İdmanxeber.az-ın məlumatına görə, İndianapolis komandası isə türkiyəli oyunçunu sərbəst buraxıb.

2017-ci ildən bəri NBA-də olan Furkanın Avropaya geri dönəcəyi gözlənilir. 26 yaşlı oyunçu 2016-cı il NBA draftından 1-ci tur 26-cı sıradan seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43