26 Noyabr 2022
Kateqoriyasız

“Futbol onlarla daha gözəldir” – Patrik Andrade

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına açıqlama verib.

Kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:

“Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq. Hazırlıq planlaşdırılan şəkildə davam edir. Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır. Avstriyada iki yoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq. Azarkeşlərin tribunalara qayıtmasına çox sevinirik. Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Hər iki komanda eyni potensiala sahibdir” – Çeslav Mixneviç

admin

Avropa Liqası: “Neftçi” üçün münasib, “Sumqayıt” üçün çətin rəqiblər

admin

Premyer Liqamızda yeni mövsüm start götürdü

admin