23 Dekabr 2024
Ölkə futbolu

“Futbol+”çilər aksiya keçirdi: “Bizi eşit, Prezident”


KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik.

Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi. Amma bu addımların heç biri nəticə verməyib.

Bu gün isə “Futbol+” kollektivi aksiya keçirib. Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Aparatının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar. (komanda.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43