İtaliya mətbuatında maraqlı xəbər yayılıb.
Xəbərə görə, “İnter”in futbolçusu Mauro İkardi “Kataniya”da çıxış edən Maksi Lopezin xanımı Vanda Naranı qaçırıb. Bu məsələyə ilk reaksiya Argentina millisinin əfsanəvi futbolçularından biri olmuş Dieqo Maradonadan gəlib.
“İkardi nankordur. Lopesin evinə qonaq gəlib, onunla öz dostu kimi ünsiyyətdə olub, sonra da həyat yoldaşını aparıb. Bilirsiniz, bizim vaxtımızda belə insanla necə davranardılar? Növbəylə ilə döyərdilər”.