Kateqoriyasız

“Futbolçular arasında münaqişə olduğunu görəndə…” – Roberto Bordin

FutbolPress
Azərbaycan Premyer Liqasında XXIII turun “Neftçi” – “Zirə” oyunundan (4:2) sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib…

– Çox emosinal oyun keçdi. Komanda yaxşı oyun nümayiş etdirdi. Hesabda 2:0 irəlidə olduğumuz zamanı açıq oyun getdi. Sonadək mübarizə apardıq, xarakter göstərdik və layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik.

– İlk qoldan sonra tribunaya tərəf emosional işarə etdiniz…
– Bütün “Neftçi” camiəsi qələbə gözləyirdi. İlk qol gecikirdi. Azarkeş tərfədən mənə jest oldu. Heç bir qərəzli şey yox idi.

– Canluka Sansonenin ehtiyatda qalması zədəli olmasıyla bağlı idi?
– Sansonenin yüngül zədəsi var. Amma Mirabdulla da özünü həftəboyu məşqlərdə yaxşı göstərmək üçün çalışdı. Yaxşı oynadı, yalnız qol çatmadı. Bu, olsaydı, özünə inamı daha yaxşı olardı.

– Final fitindən sonra yaşananlar o qədər də xoş deyildi…
– Bu hadisələr futbolun bir hissəsidi. Normal qarşılayıram. Futbolçular arasında münaqişə olduğunu görəndə həmkarımla birgə meydana girərək aranı sakitləşdirməyə çalışdıq.

Adətən Samir Abasovla aranızda çox mübahisə yaşanır…
– Əvvəllər nə olduğu yadımdan çıxır. Bir də görürsən ki, 5 il əvvəl kimləsə mübahisəm olur, unutmuşam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43