06 Yanvar 2025
Kateqoriyasız

“Futbolçular meydanda mübarizə aparmağı bacardılar”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev iyulun 10-da 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması ilə oyundan (4:1) sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, tərcürəbli mütəxəssis komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçdan razılığını ifadə edib:

“Əvvəlcə onu deyim ki, çətin oyun oldu. Hava olduqca isti idi. Belə havada oynamaq, qaçmaq böyük fiziki güc tələb edir. Buna baxmayaraq, futbolçular meydanda mübarizə aparmağı bacardılar.

Oyunda 13 oyunçuya şans verdim. Dəyişiklik az oldu, bu da bəzi futbolçuların zədəli olması ilə bağlı idi. Komanda meydanda oyun göstərib layiq olduğu qələbəni qazandı. Bunun üçün şadam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43