Ölkə futbolu

“Futbolçular nə etmək lazım olduğunu bilirlər” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Turan Tovuz” görüşü barədə firkirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandasının mübarizəsindən razı qalıb:

“Futbolçular nə etmək lazım olduğunu bilirlər. Matçın son dəqiqələri bizim üçün təzyiqli keçdi. Oyunçular axıra kimi dözə bilmədilər. Yeni futbolçuların ideal formada olmamağı başadüşüləndir. Buna baxmayaraq, uşaqlar vuruşdular, qol buraxmamaq üçün nələrsə etdilər. Futbolçular işlərinin öhdəsindən layiqincə gəldilər.

Fərqi artırmaq üçün epizodumuz oldu. Bir dəfə də standart vəziyyətdə qola yaxınlaşdıq. Top qapının içindən necə çıxdı, başa düşə bilmədim. Həmin epizodlar qol olsaydı, özümüzü rahat hiss edərdik. Son nöqtəni niyə qoya bilməməyimizin cavabı yoxdur. Keyfiyyətin üzərində dayanmayaq. Bu, həmin futbolçuların xətrinə dəyə bilər. Bunu şanssızlığa bağlayıram. Növbəti matçlarda həmin epizodları dəyərləndirsək, zövqlə izləyərik. Yaxşı hücumlar qura bilirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43