23 Noyabr 2024
Ölkə futbolu

Futbolçular rəhbərliyə vaxt qoydu – pullar ödənməsə…

Azərbaycan I Liqasında çıxış edən “İrəvan” klubunda maliyyə böhranı yaşanır.

İdmanxeber.az-a verilən məlumata görə, iki aydır maaş ala bilməyən futbolçular klub rəhbərliyinə vaxt qoyub. Oktyabrın 25-nə qədər oyunçuların pulları ödənməsə, AFFA-ya rəsmi şikayət ünvanlanacaq.

Komandanın üzvləri artıq bir neçə gündür məşqlərə çıxmır, hazırlıqlar əvəzedici heyətdəki oyunçularla davam etdir.

Xatırladaq ki, “İrəvan” sabah saat 15:00-da səfərdə “İmişli” ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43