Ölkə futbolu

“Futbolçular verdikləri sözü tutdular” – Samir Abasov

“Bu oyunda üç xal çox önəmli idi. Məğlub olsaydıq, hansı vəziyyətə düşəcəkdik, daha sonra həmin vəziyyətdən çıxa biləcəkdik? Çox suallar var idi. Futbolçular “çıxartdı” bu oyunu. Onlar öz aralarında danışırdı, bizə də dedilər ki, “narahat olmayın, oyunu “çıxaracağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Səbail” oyunun ardından deyib. O, daha sonra belə davam edib:

“Komandada istək görünürdü. İki komanda da, eyni vəziyyətdə çıxırdı matça, aşağı-yuxarı eyni oyun göstərirdik. Keyfiyyətdən uzaq futbol olsa da…Lazım olan mübarizə, istək idi. Deyirlər ki, bu cür oyunda hansı komanda qol vursa, qalib gəlir. Belə də, oldu. Penalti futbolçuların göstərdiyi mübarizənin hədiyyəsi idi. Onlara təşəkkür edirəm. Bizim kimi komandalar elə bu cür oyunlarla qalib gələ bilərlər. İlk “dördlük”də yer alan komandalardan aşağıda olan kollektivlərin oyununa diqqət yetirin, sonda ən çox istəyənlər qalib gəlir. Futbolçular sağolsun, verdikləri sözü tutdular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43