Kateqoriyasız

“Futbolçularım böyük zəfər qazandılar” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, Qurbanov, yaxşı komandaya qalib gəldiklərini deyib:

“Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Bu, bizim üçün həddindən artıq vacib idi. Dünən də demişdim ki, bu dəfə daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər. Müdafiədə oturmadıq, rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var.

Bəzi epizodları çıxmaq şərtiylə, futbolçularımız intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43