“Bilirdik ki, ağır oyun olacaq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Futbolçularım bu gün yaxşı iş gördülər. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu matçı unudub çempionat oyununa hazırlaşmağımız vacibdir. Heyətdə zədəli oyunçuların çox olmasına baxmayaraq, yolumuza davam edirik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Zirə” oyunu (2:0)0 sonrası deyib. O, daha sonra belə davam edib:
“Bu gün “Zirə”nin də yaxşı epizodları oldu. Qapıçımız inamlı oynadı. Penalti də oyunun bir hissəsidir. Biz də bundan istifadə etdik”.