25 Oktyabr 2024
Ölkə futbolu

“Futbolçularıma möhtəşəm xarakter göstərdiklərinə görə təşəkkür edirəm”

“Oyuna pis hazırlaşmamışdıq. İlk hissədə yaxşı mübarizə apardıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” klubuna məğlub olduqları III tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, Julio Romao və Elvin Cəfərquliyevin qırmızı vərəqə aldıqlarına görə məyus olduğunu bildirib: “Təəssüf ki, onlar növbəti matçda bizə kömək edə bilməyəcəklər. Futbolçularıma möhtəşəm xarakter göstərdiklərinə görə təşəkkür edirəm. Bu, bizim inkişafa doğru addımlamağımızın sübutudur. Doqquz nəfərlə qalsaq da, azarkeşlər sonadək dəstək oldular. Elvinin qırmızı vərəqə almasına gəlincə, onun da səhvi oldu. Bu barədə söhbətim olacaq. Əgər komanda məğlub olursa, ikinci qırmızı vərəqə verməyin mənası yox idi. Romaonun epizodunda isə əvvəlcə rəqibin futbolçusu ona qarşı kobudluq etmişdi. Lakin hakim düzgün qərar vermədi. Heç vaxt hakimlərın üstünə getməmişəm, ancaq bəsit qərarlar olmamalıdır”.

Mütəxəssis noyabrın 7-də Norveçdə “Bodo Qlimt”ə qarşı keçirəcəkləri oyun barədə də danışıb: “Heç kim narahat olmasın. Qələbə üçün Norveçə gedəcəyik. Düşünürəm ki, böyük problemimiz yoxdur. Güclü komandalara qarşı oynamışıq. Bu, Azərbaycan futbolu adına müsbət məqamdır”.

53 yaşlı çalışırdıcı Bəhlul Mustafazadənin bugünkü matça start heyətdə başlamamasına münasibət bildirib: “Mənə görə, Kevin Medina və Bədavi Hüseynov əsas heyətdə oynamağa layiq idi”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə “Bodo Qlimt”ə qarşı keçirəcək. (Azertac)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43